SİYASƏT


Ermənistan arxivlərinin açılmasını niyə istəmir?

Dövlət Tərcümə Mərkəzi Türkiyənin Müdafiə naziri Hulusi Akarın, riyakar erməni siyasətinin iç üzünü açan bəyanatına dair videoçarx hazırlayıb. İngilis, rus, türk, fars, ərəb, gürcü, fransız, ukrain, ispan və alman dillərində beynəlxalq internet məkanında yayımlanacaq videoçarx Ermənistanın İrəvanda və dünyanın bir sıra ölkələrində yerləşən arxivlərinin bu vaxta qədər tədqiqatçıların üzünə bağlı qalmasından və bu məxfi sənədlərə yalnız az sayda “siyasi cəhətdən etibarlı” şəxslərin giriş ala bilməsindən bəhs edir. Qeyd olunur ki, erməni siyasətinin Avropa və ABŞ idarəçiləri 1915-ci il soyqırımı olmadığını yaxşı bilir və arxivlər açılarsa, elə bir mərmi partlayacaq ki, erməni iddialarından əsər-əlamət qalmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır