CƏMİYYƏT


Bakıda 34 dərəcə isti olacaq

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avqustun 8-də Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 32-36, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti olacaq.