CƏMİYYƏT


Bakı və ətraf ərazilərdə qaz çəkilişləri davam etdirilir

“Azəriqaz” İstehsalat Birliyi Bakı şəhərinin, həmçinin şəhərətrafı kənd və qəsəbələrin daşıyıcı qaz kəmərlərinin yenidən qurulması, kəmərlər üzərində quraşdırılmış avadanlıqların yeniləri ilə əvəz edilməsi, mövcud qaz paylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin çəkilməsi, eləcə də hər bir istehlakçının mənzilinə müasir standartlara cavab verən yeni qaz sayğaclarının quraşdırılması istiqamətində işlərini davam etdirir. Bu işlərdən biri də Xəzər rayonunun Zirə qəsəbəsinin “Zirə bağları”, “Qara qışlaq” və “Dəniz kənarı” yaşayış massivlərinin qazlaşdırılmasıdır. Ümumilikdə 200 abonentin məskunlaşdığı yaşayış massivlərinin qazlaşdırılması üçün layihə üzrə ümumi uzunluğu 19 246 metr küçə qaz xətlərinin və ümumi uzunluğu 5300 metr daxili qaz xətlərinin çəkilməsi, eyni zamanda 200 ədəd qaz sayğacının və 1 ədəd ŞQTM-in (şkaf tipli qaz tənzimləyici məntəqə) quraşdırılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır