CƏMİYYƏT


Quba sakinindən qanunsuz saxladığı tüfəng götürülüb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə əməliyyat-axtarış tədbiri keçirilib.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şöbə əməkdaşları rayonun Cimi kənd sakini Qaflan Mirzəyevdən bir ədəd müvafiq sənədləri olmayan “Bum” markalı ov tüfəngi aşkar edərək götürüblər.Faktla bağlı araşdırma aparılır, həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi yoxlanılır.