CƏMİYYƏT


Səbail rayonunda narkotik vasitə və psixotrop həblər satan şəxs saxlanılıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs Səbail Rayon Polis İdarəsi və 9-cu polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində saxlanılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı paytaxt sakini Elvin Muradov tutularaq istintaqa təqdim edilib. Onun üzərində axtarış aparılan zaman 50 qram qurudulmuş marixuana, həmçinin 295 ədəd güclü təsiredici psixotrop maddələr olan ekstazi və preqabalin həbləri aşkarlanaraq götürülüb.