CƏMİYYƏT


Avqustun 23-nə gözlənilən hava proqnozu açıqlanıb

Ölkə ərazisində avqustun 23-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20°, gündüz 21-24° isti, Bakıda gecə 18-20°, gündüz 21-23° isti olacaq.Atmosfer təzyiqi normadan aşağı - 754 millimetr civə sütunundan 758 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.Abşeron çimərliklərində güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır