CƏMİYYƏT


Salyan polisi narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan iki qardaşı həbs edib

Narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslər Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılıblar.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı rayonun Qırxçıraq kənd sakini Elman Cəlalov və qardaşı Əlizamin şübhəli şəxs qismində tutulublar. Əvvəlcə Elman Cəlalovun yaşadığı həyətyanı sahəyə baxış keçirilib və aqrotexniki qaydada becərilmiş 211 ədəd çətənə kolu aşkarlanıb. Elman Cəlalov ifadəsində narkotik tərkibli bitkiləri əkib qulluq göstərdiyini etiraf edib.