CƏMİYYƏT


Narkotik vasitənin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslər saxlanılıb

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən bir neçə gün əvvəl həyata keçirilən əməliyyat nəticəsində 1 kiloqramdan artıq heroinin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduğu üçün saxlanılan Məcid Şamilovun həmin maddələri əldə etdiyi şəxs də tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həyata keçirilən əməliyyat zamanı ona narkotik vasitələri Abşeron rayon sakini Anar Bayramov tərəfindən verildiyi məlum olub. Anar Bayramovu polislər saxlayan zaman o, ifadəsində İranda yaşayan şəxsiyyəti istintaqa məlum olmayan bir nəfərin sifarişi ilə narkotik vasitələrin satışını təşkil etdiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır