CƏMİYYƏT


IDEA İctimai Birliyi və FAO meşələrin faydası haqqında videoçarx hazırlayıb

IDEA İctimai Birliyi və BMT-nin Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi tərəfindan meşələrin sosial-iqtisadi və ekoloji faydası haqqında maarifləndirmə kampaniyası həyata keçirir. IDEA-dan AZƏRTAC-a bildirilib ki, sözügedan kampaniya çərçivəsində meşələrin faydası haqqında videoçarx hazırlanıb. ​Qeyd edək ki, 2011-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən təsis edilmiş IDEA İctimai Birliyi ölkəmizdə ətraf mühitin mühafizəsi və davamlı inkişaf sahələrində irimiqyaslı layihələr həyata keçirir. Müxtəlif ekoloji və sosial mövzularla bağlı ictimai maarifləndirmə tədbirləri təşkilatın prioritetlarindan biridir.