CƏMİYYƏT


Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqı şəhid Orxan Həmidovun iki övladını himayəyə götürüb

Aprel döyüşləri zamanı şəhid olan kiçik gizir Orxan Həmidovun 2 övladı Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqı (FHN HİK) tərəfindən himayəyə götürülüb. Sentyabr ayının 1-dən etibarən şəhidin ailəsinə hər övlada 150 manat olmaqla 300 manat məbləğində maddi yardım veriləcək.AZƏRTAC xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin qərarına əsasən, 2016-ci ilin Aprel döyüşləri və 2020-ci ilin iyul döyüşləri zamanı Vətən uğrunda şəhid olmuş hərbçilərin 18 yaşına qədər olan övladları həmkarlar ittifaqları tərəfindən himayəyə götürülüb. Bu qərara əsasən 23 şəhidin 41 övladı himayəyə götürülmək üçün qeydə alınıb.