CƏMİYYƏT


Sabah bəzi bölgələrdə leysan yağacaq, dolu düşəcək

Ölkə ərazisində avqustun 29-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-22°, gündüz 28-31° isti, Bakıda gecə 18-20°, gündüz 29-31° isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 763 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 30-35 faiz təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır