CƏMİYYƏT


Xətai rayonunda karantin qaydaları pozularaq qapalı zalları və kabinetləri fəaliyyət göstərən restoran aşkarlanıb

Xətai rayonunda karantin rejimi qaydalarını pozan ictimai iaşə obyektlərinin müəyyənləşdirilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbir həyata keçirilib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəticədə rayon ərazisində xüsusi karantin rejim qaydalarına əməl etməyən, müəyyən edilən vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan restoran aşkarlanıb.
Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının Telnov küçəsində keçirdiyi müvafiq tədbirlərlə müəyyən olunub ki, “Legenda – Music Hall Lounge” restoran - musiqi əyləncə mərkəzinin qapalı zallarında və kabinetlərində qəlyan avadanlıqlarından istifadə olunur.