CƏMİYYƏT


Avqustun 30-na gözlənilən hava proqnozu açıqlanıb

Ölkə ərazisində avqustun 30-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-22°, gündüz 28-32° isti, Bakıda gecə 19-21°, gündüz 30-32° isti olacaq.