CƏMİYYƏT


FHN-in Tibb Mərkəzinin koronaviruslu xəstələr üçün modul tipli növbəti hospitalının açılışı

Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan növbəti modul tipli hospitalının inşa edilməsi dünyada COVID-19 infeksiyasının sürətlə yayılması fonunda ölkəmizdə bu xəstəliklə mübarizədə Azərbaycan dövlətinin atdığı mühüm addımlardan biridir.
Bakı şəhərinin Zığ qəsəbəsində yerləşən bu modul tipli hospital ən müasir standartlara cavab verir. Modul tipli hospitalda koronavirus infeksiyasına yoluxmuş xəstələrin müalicəsi üçün bütün şərait yaradılıb, hospital müasir avadanlıqlarla təchiz edilib.