CƏMİYYƏT


Sentyabrın 6-na gözlənilən hava proqnozu açıqlanıb

Ölkə ərazisində sentyabrın 6-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23°, gündüz 28-33° isti, Bakıda gecə 19-21°, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunu olacaq, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır