CƏMİYYƏT


Kafe-restoranlarda məhdudiyyətlər aradan qalxır

Bu gündən ölkədə karantin rejimi ilə bağlı bir sıra məhdudiyyətlər aradan qalxdı. Belə ki, paytaxtda kafe-restoranların saat 00:00-a qədər fəaliyyətinə icazə verildi. Həmçinin müştərilər qapalı məkanlarda da əyləşə biləcəklər. Nazirlər Kabinetinin "Koronavirus pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” qərara uyğun olaraq ictimai iaşə obyektlərinin daxilində xidmət yenə də qaydalar çərçivəsində həyata keçiriləcək.