CƏMİYYƏT


Koronavirus, yoxsa mövsümi xəstəlik olduğunu necə müəyyən edək?

Artıq yay fəslinin bitməsinə sayılı günlər qalıb. Addım-addım payız fəslinə doğru irəliləyirik. Bu mövsümün xarakterik xüsusiyyətlərindən biri də orqanizmdə müəyyən dəyişikliklərin baş verməsidir. Mütəxəssislər də təsdiqləyirlər ki, payız mövsümündə kəskin respirator infeksiyalar və qrip müşahidə olunur. Ən yüksək risk qrupuna 1 yaşdan 65 yaşa qədər olan insanlar daxildir. Xüsusilə də fəsil dəyişikliyi xroniki xəstəliyi olanlara daha çox təsir edir. Bu zaman orqanizm istənilən virusa qarşı zəifləyir və bir sıra əlamətlərlə özünü göstərir. Mütəxəssislər deyirlər ki, dünyanı cənginə alan COVID-19-la mübarizə apardığımız vaxtda mövsümi xəstəliklərin də bir tərəfdən baş qaldırması insanları çətin durumla üz-üzə qoyur. Maraqlıdır, xəstələnərkən korornovirusa, yoxsa mövsümi xəstəliyə yoluxduğunu necə müəyyən etmək olar?
Mütəxəssislər bildirirlər ki, koronavirusla müqayisədə bəzi mövsümi xəstəliklərə qalib gəlmək bir o qədər çətin deyil. Bunun üçün peyvəndlərin vurulması vacib hesab olunur.İmmun sisteminin zəifləməsi və bədən temperaturunun normada qalması üçün həkimlər təbii qidalanmaya da üstünlük verməyi məsləhət görürlər. Bildirilir ki, mövsümi meyvələrdən istifadəyə və su balansına xüsusi diqqət yetirilməlidir.