CƏMİYYƏT


Şəmkirin Zəyəm Cırdaxan kəndində müəmmalı yanğınlar baş verir - sakinlər gecələr növbə çəkirlər

Son günlər Şəmkirin Zəyəm Cırdaxan kəndinin sakinləri gecələri səhərədək həyəcanla keçirirlər. Yuxularını ərşə çəkən isə kiminsə və ya kimlərinsə gecələr evlərə od vurmasıdır.
AZƏRTAC xəbər verir ki, 2 min ev, 10 min əhalisi olan kənddə hamı narahatdır. Buna səbəb törədilən müəmmalı yanğınlardır. Son hadisələrlə bağlı sosial şəbəkələrdə müəmmalı məlumatlar dolaşsa da, sakinlər evlərə od vuranın məhz insan olduğunu deyirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır