CƏMİYYƏT


Xırdalanda ictimai nəqliyyat vasitələrində tibbi maskadan istifadə etməyən sürücü və sərnişinlərə qarşı reyd keçirilib

Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, xüsusi karantin rejimi qaydalarına riayət olunması məqsədilə növbəti nəzarət profilaktik-maarifləndirmə tədbirləri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, reyd zamanı avtobuslarda və taksilərdə tibbi maskadan istifadə etməyən sərnişinlər və sürücülər cərimələniblər.