CƏMİYYƏT


Xaçmazda avtomobilin aşması nəticəsində sürücü xəsarət alıb

Sentyabrın 14-ü axşam saatlarında Xaçmazda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəndob-Yalama yolunda baş verən hadisə zamanı “Nexia” markalı minik maşını yoldan çıxaraq aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü Xaçmaz rayonu Çiləgir kənd sakini, 1992-ci il təvəllüdlü Baba Abdulov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.Qəza zamanı “Mercedes” və “QAZ -3110” markalı avtomobillərə də ziyan dəyib.Faktla bağlı araşdırmalar davam etdirilir.