CƏMİYYƏT


İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi:bir nəfər ölüb, iki nəfər yaralanıb

Hadisə rayonun Bizlan kəndi ərazisində olub. Belə ki, Bakı şəhər sakini 1990-cı il təvəllüdlü Azər Qədirli idarə etdiyi “Mitsubishi” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yoldan çıxaraq dərəyə aşıb. Hadisə zamanı avtomobildə olan anası, 1957-ci il təvəllüdlü Qədirli Əliyyə Bahadur qızı aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır