CƏMİYYƏT


“Foto Kadr 2019”un təqdimat mərasimi keçirildi

Bu gün Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən Olimpiya Növləri üzrə Milli Komandalar üçün Təlim-Məşq Mərkəzinin futbol meydançasında “Gilavar” Azərbaycan Foto Klubunun “Foto Kadr 2019” təqdimat və mükafatlandırma mərasimi keçirilib. Təşkilatçılar və mükafatçılar, eləcə də məhdud sayda KİV nümayəndələrinin qatıldığı tədbirdə “Gilavar” Azərbaycan Foto Klubunun həmsədri Dilavər Nəcəfov çıxış edib. Tədbirin baş tutmasında Gənclər və İdman Nazirliyinə, informasiya dəstəyi üçün Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) təşəkkürlərini çatdırıb.