CƏMİYYƏT


“Düşmən bilsin ki, evlərimiz artilleriya atəşinə tutulsa da, kəndi tərk etməyəcəyik”- Goranboydan reportaj

Sentyabrın 27-də səhər saatlarından Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmağa başlayıb. Düşmən cəbhənin digər istiqamətlərində olduğu kimi, Goranboy rayonunun bir sıra kəndlərini də intensiv atəşə tutur. Dinc sakinləri hədəfə alan Ermənistan ordusunun bölmələrinin artilleriya atəşi nəticəsində evlərə ciddi ziyan dəyir.