CƏMİYYƏT


Düşmənin atdığı raket və mərmilər Goranboyun Səfikürd kəndində bir neçə evə və inzibati binaya ciddi ziyan vurub

Ermənistan silahlı qüvvələrinin bölmələri Goranboy rayonunun yaşayış məntəqələrini artilleriya atəşinə tutmaqda davam edir.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, düşmən rayonun Səfikürd kəndini də atəşə məruz qoyub. Ermənistan ordusunun bölmələrinin atdığı raket və mərmilər bir neçə evə və inzibati binaya ciddi ziyan vurub. Düşmən tərəfindən atılan raket mərmisi kəndin ağbirçəyi Həqiqət Cəfərnicatinin evinə düşüb. Nəticədə ev dağılıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.