CƏMİYYƏT


Ağcabədidə özünü jurnalist kimi təqdim edərək komendant postundan yayınmaq istəyən narkotik alverçisi saxlanılıb

Artıq bir neçə gündür axşam saatlarında ölkənin bəzi şəhər və rayonlarında komendant saatı tətbiq edilir. Bununla əlaqədar polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən paytaxt Bakı ilə yanaşı, bölgələrdə də postlar qurulub. Həmin postlarda xidmətin ayıq-sayıq təşkil olunduğunu sübut edən hadisələrdən biri də Ağcabədi rayonunda qeydə alınıb.