CƏMİYYƏT


“Azərbaycan” İstilik Elektrik Stansiyasının direktoru: Ermənistan ordusunun atdığı raket stansiyaya zərər vurmayıb

Bildiyiniz kimi, Azərbaycan Ordusunun sarsıdıcı zərbələri qarşısında duruş gətirə bilməyərək geri çəkilən düşmən mülki şəxsləri hədəfə alır və yaşayış məntəqələrimizi atəşə tutur. Ermənistan silahlı qüvvələri oktyabrın 4-də saat 21.30 radələrində “Azərbaycan” İstilik Elektrik Stansiyasına raket atıb. Bu, düşmənin beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, mülki əhalini hədəfə almasının növbəti bariz sübutudur.
Bu sözləri “Azərbaycan” İstilik Elektrik Stansiyasının direktoru Təhmasib Hüseynov AZƏRTAC-ın cəbhə bölgəsindəki müxbirinə müsahibəsində deyib.