CƏMİYYƏT


Cəbrayıl sakinlərinin 27 illik həsrəti sona çatdı

“Cəbrayıl şəhəri və rayonun doqquz kəndi işğaldan azad edildi”. Ölkə başçısının verdiyi bu xəbər bütün Azərbaycan xalqını sevindirdi. Təbii ki, bu xəbərə ən çox sevinən elə Cəbrayıllılar oldu. 72 yaşlı Cəbrayıl sakini İsmayıl Məmmədov deyir ki, artıq neçə gündür ki, doğma rayonunun işğaldan azad olunması xəbərini gözləyir. Prezidentin bu müjdəli xəbərini isə sevinc göz yaşları ilə qarşılayıb. İllərlə Cəbrayılın Əmirvarlı kəndində riyaziyyat müəllimi işləyən Südabə Ağakişiyevanın ən böyük arsuzu müqəddəs torpaqların erməni işğalından azad olunmasıdır. Fəridə Pənahova Cəbrayılı heç zaman görməsə də, doğma torpağın həsrəti ilə yaşayır. Valideynləri isə dünən azad olunan 9 kənddən biri olan Çərəkən kəndindəndir.İndi Azərbaycan xalqının bir arzusu var. Ali Baş Komandanın rəhbərliyi ilə işğal altında olan bütün torpaqların azad olunması. İnanırıq ki, şanlı ordumuzun bu zəfəri ilə yaxın zamanlarda 27 illik həsrətə son qoyulacaq.