CƏMİYYƏT


“Əsgərlərimizin düşmənə ağır zərbələr vurması bizi daha da ruhlandırır” – AZƏRTAC-ın çəkiliş qrupu Gəncədə

Xəbər verdiyimiz kimi, oktyabrın 5-də səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriyadan atəşə tutub.AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, Gəncəyə atılmış raketlərin şəhər ərazisində yerləşən xəstəxananın, orta məktəbin, mebel fabrikinin yaxınlığına, bazara atılması nəticəsində 3 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, mülki infrastruktura külli miqdarda ziyan dəyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır