CƏMİYYƏT


Ermənistan silahlı qüvvələrinin atəşləri nəticəsində Azərbaycandakı mülki obyektlərdə yanğınlar baş verib

Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edir. Ermənistan silahlı qüvvələrinin atdığı mərmi Ağcabədi rayonunda vətəndaşa məxsus fərdi yaşayış evində yanğına səbəb olub. Əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.