CƏMİYYƏT
Qazax sakinində atəşə yararlı silah aşkarlanıb
19.10.2020 [12:35]
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumata görə, Qazax rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş, 40 yaşlı Elmir Qocayev rayon ərazisində saxlanılaraq RPŞ-yə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd, atəşə yararlı, “TT” tipli tapança və həmin tapançaya məxsus 2 ədəd atəşə yararlı patron aşkar edilərək götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
03.06.2023 [21:02]
03.06.2023 [20:22]
01.06.2023 [12:24]
29.05.2023 [21:54]
05.06.2023 [22:53]
05.06.2023 [22:45]