CƏMİYYƏT
Bakıda sərnişindaşımaya 2100-dək avtobus cəlb olunub
19.10.2020 [13:33]
Metro ilə sərnişindaşımalar müvəqqəti dayandırıldığından hazırda Bakı şəhərində sərnişindaşımalar avtobuslarla həyata keçirilir. Sərnişin axınının vaxtında və düzgün idarə olunması məqsədilə Bakı Nəqliyyat Agentliyi nəqliyyat planı hazırlayıb. Plana əsasən, hazırda sərnişindaşımalar üzrə 153 müntəzəm və 10 ekspres marşrut xətti xidmət göstərir. Bu xətlər üzrə ümumilikdə 2100-dək avtobus cəlb olunub ki, bu da adi rejimlə müqayisədə 13-15 faiz çoxdur. Daha 70 avtobus isə ehtiyat olaraq səhər və axşam pik saatlarında daşımalara cəlb olunacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
28.05.2023 [01:20]
28.05.2023 [01:19]
25.05.2023 [22:19]
25.05.2023 [18:10]
21.04.2023 [09:33]
28.05.2023 [11:03]