CƏMİYYƏT


Gəncədə Ermənistan ordusunun törətdiyi terror nəticəsində zərərçəkmiş ailələrlə görüş olub

Oktyabrın 19-da Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk ermənilərin Gəncəyə dinc sakinlərin yaşadığı məntəqələrə atdığı raket zərbələri nəticəsində evləri dağılmış və müvəqqəti olaraq yataqxanada məskunlaşmış sakinlərlə görüşüblər.AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, görüşdə şəhər icra hakimiyyətinin başçısı zərərçəkən sakinlərin problemləri ilə maraqlanıb.