CƏMİYYƏT


Taksi sürücülərinin telefonlarını oğurlayan keçmiş məhkum tutulub

Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Asif Əliyev oktyabrın 18-də A.M.Şərifzadə küçəsindən “Khazar” markalı avtomobilinə sərnişin qismində əyləşmiş bir nəfərin onun 300 manat dəyərində mobil telefonunu apardığını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Nadir Məmmədov saxlanılıb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün saat 10 radələrində Cəfər Cəfərovun “Nissan” markalı avtomobilindən də eyni üsulla 372 manat dəyərində mobil telefon aparması, habelə 5 nəfəri aldadıb mobil telefonlarını alması, 2 avtomobildən isə mobil telefon oğurlaması da müəyyən edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır