CƏMİYYƏT


Şeyxülislam Allahşükür Paşazadə: Allah Azərbaycanı, dövlət başçımızı, xalqımızı, rəşadətli ordumuzu qorusun!

Allah Azərbaycanı, dövlət başçımızı, xalqımızı, rəşadətli ordumuzu qorusun! AZƏRTAC xəbər verir ki, bu fikirləri Allahşükür Paşazadə İstanbul Böyükşəhər Müftiliyinin binasında yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib. Allahşükür Paşazadə Zəngilan rayonunun da artıq Ermənistan işğalından azad olduğu xəbərini jurnalistlərə çatdırıb: “Sizinlə görüşə gəlməzdən bir az öncə Azərbaycandan daha bir xoş müjdə aldım. Dövlət rəhbərimiz, Ali Baş Komandan İlham Əliyev həzrətləri xalqa canlı müraciətində Zəngilan rayonunun da artıq qəsbkarlardan təmizləndiyini elan etdi. Dağlıq Qarabağın işğaldan azad olan hər bir guşəsində dövlət bayrağımız dalğalansın, məscidlərimizdən azan səsləri yüksəlsin, inşallah”.