CƏMİYYƏT


“Twitter”də informasiya savaşı: İstifadəçilər Azərbaycan həqiqətlərini dünyaya çatdırır

Son zamanlar Azərbaycanlıların sosial şəbəklərdəki aktivliyi diqqəti cəlb edir. Bunun əsas səbəblərindən biri ölkə başçısının sosial media hesablarından etdiyi paylaşımlar, dövlət qurumlarının yaydığı rəsmi informasiyalardır. Sosial media mütəxəssisi Orxan Rzayev bildirir ki, son zamanlar “Twitter” və “Telegram”da aktivlik daha çoxdur.
Orxan Rzayev, Sosial media mütəxəssisi
“Xüsusilə ölkə başçısının “Twitter”də aktiv fəaliyyəti və yeni işğaldan azad olunan kəndləri, rayonları “Twitter”də paylaşmağı səbəb oldu ki, ölkə vətəndaşları sürətli şəkildə “Twitter”də qeydiyyatdan keçdi və məhz Prezidentdən yenilikləri izləmək üçün “Twitter” hesabları yaratdılar və buna görə də, Azərbaycanda “Twitter” istifadəçilərinin sayı son bir ayda təxminən 2 dəfədən çox artıb. Həmçinin Prezidentin izləyici sayı da sürətlə artır və son 2 həftədə izləyici sayı artan ölkə başçılarını götürsək, bizim Prezident təxminən 2 və ya 3-cü yerdə gəlir, bu da çox böyük göstəricidir.
İstər ölkəmizdə, istər xaricdə yaşayan azərbaycanlı istifadəçilər erməni təxribatlarını dünyaya çatdırmaq üçün xüsusi ilə “Twitter”də aktivləşiblər. Minlərlə istifadəçinin eyni zamanda və eyni həştəqlərlə məlumat paylaşması diqqəti daha yaxşı cəlb edə bilir
Orxan Rzayev, Sosial media mütəxəssisi
““Twitter”də son həftələrdə “KarabakhisAzerbaijan”, “DontBelieveArmenia”, “PrayforGanja” kimi həştəqlər paylaşıldı. Təxmini hesablamalarımıza görə, bu günə qədər bu həştəqlərlə paylaşılan tvitlər 5 milyard dəfə göstərilib “Twitter”də. Bu çox böyük bir nəticədir. Son günlərdə xüsusi ilə Gəncədə baş verən terror hadisəsindən sonra dünyanın bir çox mətbuat orqanları bu hadisə haqqında yazmağa başladı. Bunun bir səbəbi də “Twitter”də və digər sosial şəbəkələrdə olan aktivlikdir. Böyük səhifələr və ya şəxslər elan edir ki, məsələn bu gün axşam 9-da bu həştəqi paylaşaq. Bu çox önəmlidir. Bir saat ərzində bir mövzuda 10 min tvit atılmağı həmin həştəqi qlobal səviyyədə qolbal trendə çıxarmağa kömək olur.
Son günlər aktivləşən “Telegram” informasiyanı operativ izləmək üçün çox yaxşı platformadır. Mütəxəssislər “Telegram”da yalnız rəsmi və etibar edilən xəbər kanallarını izləməyi məsləhət görürlər. Çünki, “Teleqram”da yayılan saxta məlumat, şəkil və ya videolar insanlar arasında daha tez yayıla və təşvişə səbəb ola bilər.