CƏMİYYƏT


82 yaşlı Nəzihə nənə: Kəndimizə, Qarakollumuza qayıtmaq istəyirəm

Otuz ilə yaxındır ki, bir milyondan çox qaçın və məcburi köçkün soydaşımız öz torpaqlarından, yurd yerlərindən ayrı düşüb. Respublikamızın bölgələrinə səpələnən məcburi köçkün ailələrindən biri də vaxtilə Füzulinin Qarakollu kəndindən didərgin düşən Hüseynovlar ailəsidir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sentyabrın 27-dən başlayaraq düşmənin təxribatına layiqli cavab verən Azərbaycan əsgərinin zəfər xəbərlərinə ən çox sevinənlərdən biri də məhz bu ailədir.