CƏMİYYƏT


Vətən həsrətli Zəngilan sakinləri

Oktyabrın 20-də Prezident İlham Əliyev xalqa müraciətində Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhərinin işğaldan azad edildiyini açıqladı. Bu xəbər bütün Zəngilanlıları çox sevindirdi. AZƏRTAC Zəngilan sakinlərinin təəssüratlarını öyrənib.