CƏMİYYƏT


Zabilə nənə: Səbirsizliklə gözləyirəm ki, Füzulidə öz həyətimdə bağ-bağça salım, gül-çiçək əkim

27 illik köçkünlük dövründə bir gün də olsun doğma yurdumuzu yadımızdan çıxarmadıq, Füzuli rayonuna qayıdacağımız günü səbirsizliklə gözlədik. İndi ən böyük istəyimizə çatmışıq - ata-baba yurdumuz işğaldan azad olunub. Tezliklə uzun illərdir həsrətində olduğumuz Füzuli şəhərinə qayıdacağıq.