CƏMİYYƏT


Tərtərin Kəbirli kəndinə atılan raket 16 yaşlı gəncin ölümünə səbəb oldu - erməni faşizmi davam edir

Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. Oktyabrın 24-də səhər saatlarında erməni hərbçiləri tərəfindən Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində bağda xurma dərən 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu həlak olub.AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri Kəbirli kəndində raketin düşdüyü yerə gedərək kənd sakinləri ilə həmsöhbət olub.