CƏMİYYƏT


Ermənistan yeni humanitar atəşkəsi də kobud şəkildə pozdu

Ermənistan silahlı qüvvələri oktyabrın 26-da saat 08.05-də yeni humanitar atəşkəsi kobud şəkildə pozaraq Tərtər şəhərini və rayonun kəndlərini artilleriya atəşinə tutub.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, düşmənin atdığı mərmilərdən beşi rayonun Qazyan kəndinə düşüb, vətəndaşlara məxsus evlərə ziyan dəyib.