CƏMİYYƏT


Cəbrayıldan olan köçkün ailəsi: Hər gün doğma yurdumuza qayıtmaq ümidi ilə yaşayırdıq, artıq o gün gəlib çatdı

İyirmi yeddi il öncə doğma torpaqlarından köçkün düşən Cəbrayılın Sirik kəndinin sakinləri ata-baba yurdlarının işğaldan azad olunması xəbərini böyük sevinc hissi ilə qarşılayıblar. Belə ailələrdən biri də Məmmədovlar ailəsidir. Bütün siriklilər kimi, Məmmədovlar ailəsi də tezliklə öz kəndlərinə qayıdacağı günü səbirsizliklə gözləyirlər. Artıq o tarixə sayılı günlər qalıb.AZƏRTAC-ın müxbiri Məmmədovlar ailəsi ilə görüşüb, onların sevincinə şərik olub.