CƏMİYYƏT


Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Sumqayıt şəhərində xüsusi əməliyyat keçirib

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhərində narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı xüsusi əməliyyat həyata keçirilib.
Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir zamanı Corat qəsəbəsində yaşayan Kərəm Kərimov saxlanılıb. Onun üzərindən 11,665 qram heroin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Keçirilən daha bir tədbir zamanı Sumqayıt şəhərində yaşayan, Yardımlı rayon sakini Müştəba Nuriyev tutulub. Onun üzərində axtarış aparılan zaman 1 kiloqram 75 qram heroin və 1 kiloqram 5 qram psixotrop maddə olan metamfetamin aşkar edilib.