CƏMİYYƏT


Kamran Əliyev:Bu günə kimi dünyada heç bir belə əməl cavabsız qalmayıb

Ermənistanın bu cür əməllərinə qarşı cavab veriləcək və onlar gec-tez məsuliyyətə cəlb ediləcəklər. Azərbaycanda törədilən bu teror aktı onun döyüşdə olan uğurları ilə bağlıdır. Tam əminliklə deyə bilərəm ki, Azərbaycan hər dəfəsində döyüşlərdə uğurlar əldə etdikdə, Ermənistan hakimiyyəti bizim dinc insanlara qarşı terror törətməyi əmr edir. Ancaq bilin ki, bu günə kimi dünyada heç bir belə əməl cavabsız qalmır.AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanda olan diplomatik korpus nümayəndələri ilə birlikdə Bərdə şəhərinə səfər edən Baş prokuror Kamran Əliyev deyib.