CƏMİYYƏT


Xaçmazda 37 mindən çox iribuynuzlu heyvan dabaq xəstəliyinə qarşı vaksinasiya edilib

Xaçmazda heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan profilaktik tədbirlərin səmərəliliyini təmin etmək məqsədilə növbəti peyvəndləmə və müayinə işləri həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon baytarlıq idarəsinin mütəxəssisləri tərəfindən 37 mindən çox iribuynuzlu heyvan dabaq xəstəliyinə qarşı vaksinasiya edilib.