CƏMİYYƏT


Düşmənin atəşi nəticəsində Goranboy rayonunun Tapqaraqoyunlu sakini həlak olub

Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.
Oktyabrın 29-da səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Goranboy rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.
Saat 17 radələrində Goranboy rayonunun Tapqaraqoyunlu kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 1967-ci il təvəllüdlü Ziyadova Flora Qaraş qızı həlak olub, evə isə ciddi ziyan dəyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır