CƏMİYYƏT


İmarət nənə: Nəinki biz, o yerləri görməyən nəvələrimiz də Papıya qayıtmağı səbirsizliklə gözləyirlər

Bir çox yaşayış məntəqələrimiz kimi, Cəbrayılın düşmən tapdağından azad edilən Papı kəndinin sakinlərinin də Vətən həsrətinə son qoyulur. İndi böyükdən-kiçiyə hər bir papılı öz doğma kəndinə qayıtmağı gözləyir.AZƏRTAC xəbər verir ki, şanlı ordumuzun zəfər yürüşü zamanı Papının da azad olunması bu kəndin sakinlərinin hədsiz sevincinə səbəb olub. Uzun illərdir Biləsuvardakı qəsəbədə məskunlaşan Papı sakinləri bir an öncə doğma kəndlərinə qayıtmağı səbirsizliklə gözləyirlər.