CƏMİYYƏT


Karantin qaydalarına əməl olunmasını təmin etmək üçün polis əməkdaşları gücləndirilmiş nəzarət-profilaktik tədbirlərini davam etdirirlər

Daxili işlər orqanlarının əməkdaşları arxa cəbhədə həm ölkə ərazisində elan edilən hərbi vəziyyət, həm də koronavirusla mübarizədə xidmətlərini yorulmadan davam etdirirlər.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, infeksiyanın ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə elan edilən karantin rejimi qaydaları çərçivəsində polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər daha da gücləndirilib.