CƏMİYYƏT


Qubada koronavirusa yoluxan şəxs başqaları uçun təhlükə yaradıb

Quba rayon Zərdabi qəsəbə sakini Cabir Yarəhmədova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib və digər insanlar üçün real təhlükə yaradıb.