CƏMİYYƏT


Abdullah Eren: Ermənistan dünyanın gözü önündə terror fəaliyyəti həyata keçirərək mülki vətəndaşları vurur

Müharibə başlayandan Türkiyə olaraq qardaş Azərbaycana və onun xalqına hər sahədə dəstək verməyə çalışırıq.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Gəncədə jurnalistlərə açıqlamasında Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəisi Abdullah Eren bildirib.