CƏMİYYƏT


Gənclər və İdman Nazirliyi Şuşanın işğaldan azad olunması ilə bağlı poster və videoçarx hazırlayıb

Noyabrın 8-də Azərbaycanın dilbər guşəsi, Qarabağın mirvarisi Şuşa işğaldan azad olunub.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirlik və “Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi bu münasibətlə xalqımızı təbrik edir və ordumuza yeni zəfərlər arzulayır.
Qurum bununla bağlı "Vətən torpağı Şuşa" adlı poster və videoçarx hazırlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır